Cəmiyyət
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb. Əmək fəaliyyətinə 2004-cü ildə "Unibank" KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009-2015-ci illərdə "Bank Respublika" ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib. 2016-2018-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var. Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Mənbə
oxu.az