Digər

Zelenski Melaniya Trampı təltif etdi

04 Nov 2026, 13:38 2 baxış
Zelenski Melaniya Trampı təltif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı I dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.


Məlumata görə, təltif Melaniya Trampın Ukraynaya humanitar dəstəyinə, hüquq müdafiəsi və xeyriyyəçilik fəaliyyətinə görə verilib.


O, həmçinin Rusiya təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların və vətəndaşların xilas edilməsinə töhfə verib. Söhbət Rusiyaya qanunsuz deportasiya edilən və işğal olunmuş ərazilərdən məcburi köçürülən şəxslərdən gedir.

Mənbə axar.az

Oxşar Xəbərlər