Cəmiyyət

Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanıldı - Foto

04 Nov 2026, 14:17 2 baxış
Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanıldı - Foto

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.


Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.


Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər