Cəmiyyət
Azərbaycanda məktəbli 33 yaşlı kişini bıçaqladı
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az