Digər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

03 Nov 2026, 12:10 2 baxış
Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər.


Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.


Məlumata görə, görüşdə Knessetə nəzarətin ələ alınması, xüsusilə, Amir Ohananı (Likud Partiyası) spiker vəzifəsindən uzaqlaşdırılması, Təşkilat Komitəsinin yaradılması və Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya tərəfindən qəbul edilmiş bir sıra mübahisəli qanunların ləğv edilməsi müzakirə olunacaq.


Görüşün bu gün günorta saatlarında Təl-Əvivdəki “Dan Akkadiya” otelində keçiriləcəyi bildirilib.


Qeyd edək ki, İsraildə 27 oktyabrda keçirilən seçkilərdə Netanyahu Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 yer qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər