İqtisadiyyat

ARDNF büdcəyə 180 milyard manat transfert edib

03 Nov 2026, 09:58 2 baxış
ARDNF büdcəyə 180 milyard manat transfert edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.


Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.


Əlavə etmək lazımdır ki, bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.


Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Mənbə axar.az

Oxşar Xəbərlər