Cəmiyyət

Bəzi rayonlarda işıq olmayacaq - Siyahı

03 Nov 2026, 01:24 3 baxış
Bəzi rayonlarda işıq olmayacaq - Siyahı
Noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Ağdaşda 10 kV-luq bir sıra hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, Pirəyir kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin 10 kV-luq "Nemətabad" hava xəttində təmir işləri icra olunarkən planlı fasilə eyni saatlarda Xaldan, Qaraoğlan, Qəribli, Quşcu kəndlərini də əhatə edəcək. Mingəçevirdə 110/35/6 kV-luq "Karxana" yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri yerinə yetiriləcək. Həmçinin elektrik xəttinə toxunan ağaclar budanacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində enerjinin verilişi məhdudlaşdırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər