Dünya
Onkoloji xəstələrə köhnə dərman satanlar saxlanıldılar: Türkiyədə 650 milyonluq fırıldaq - Foto
Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib. Məlumata görə, əməliyyat zamanı 22 nəfər saxlanılıb. Gizlənən daha iki şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Şübhəli şəxslərin və onlarla əlaqəli şirkətlərin ümumi əməliyyat həcminin təxminən 650 milyon Türkiyə lirəsi olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, şəbəkə onkoloji xəstəliklərdən əziyyət çəkən insanların həyatını təhlükəyə ataraq, istifadə müddəti bitmiş dərmanları yenidən qablaşdırıb və həm Türkiyədə, həm də xarici ölkələrdə satışa çıxarıb. İstintaq çərçivəsində üçü dövlət qulluqçusu olmaqla, ümumilikdə 24 şübhəli, dörd şirkət və beş iş yeri müəyyən edilib. Cinayət yolu ilə əldə edildiyi bildirilən daşınar və daşınmaz əmlaklara, eləcə də bank hesablarına həbs qoyulub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər