Tramp müharibəyə görə günah keçisi axtarır - KİV
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başlanmasına görə məsuliyyəti Pentaqon rəhbəri Pit Heqsetin üzərinə ata bilər.
Axar.az xəbər verir ki, bu barədə “Atlantik” mənbələrə istinadla məlumat yayıb.
“Məsuliyyəti öz üzərinə götürmək istəməyən Tramp günah keçisi axtarmağa başlayıb və diqqətini ona İranla müharibənin qısa müddətdə və qətiyyətlə başa çatacağını deyən şəxslərə yönəldib.
Heqset də bu mövqedə olan müşavirlər arasında yer alıb. Bununla yanaşı, Trampın ətrafındakı bəzi rəsmilər müdafiə nazirinin hərbi əməliyyatların gedişi ilə bağlı açıqlamalarını şübhə altına alır və onu vəziyyəti həddindən artıq nikbin qiymətləndirməkdə ittiham edirlər. Heqset prezidentə eşitmək istədiyi sözləri deməyi çox yaxşı bacarır”, - mənbə bildirib.