İdman

"Qalatasaray" Aleksey Batrakovun qiymətini açıqladı

02 Nov 2026, 15:24 2 baxış
"Qalatasaray" Aleksey Batrakovun qiymətini açıqladı
"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun müqaviləsindəki sərbəstqalma məbləği 55 milyon avro təşkil edir. Oxu.Az xəbər verir ki, bu barədə futbolçunun agenti Vladimir Kuzmiçev "RİA Novosti"yə açıqlamasında bildirib. Agent Avropanın aparıcı klublarının hazırda Batrakova maraq göstərməsi barədə məlumatlarının olmadığını deyib. Onun sözlərinə görə, potensial alıcılar futbolçunun yeni komandasında və fərqli çempionatda özünü necə göstərəcəyini daha uzun müddət izləmək istəyəcəklər. Kuzmiçev qeyd edib ki, bir neçə oyunun nəticəsinə əsasən yekun qərar vermək mümkün deyil. O, futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin 55 milyon avro olduğunu vurğulayıb. Qeyd edək ki, Batrakov 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən "Qalatasaray"a 25 milyon avroya transfer olunub. 21 yaşlı futbolçunun İstanbul klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Lokomotiv" isə onun gələcək satışından əldə ediləcək mənfəətin 15 faizini alacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər