ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək - KİV
ABŞ enerji atəşkəsi danışıqlarının bir hissəsi olaraq Ukrayna vasitəsilə Rusiya qazının Avropaya ixracını bərpa etməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Sentyabr ayında ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Trampın xüsusi elçisi Stiv Uitkoff tərəfindən müzakirə edilən təklifə əsasən, Rusiya qazının ABŞ vasitəçiliyi ilə Avropaya nəql edilməsi nəzərdə tutulur. Bu təşəbbüs potensial olaraq amerikalı investorlar üçün maliyyə faydası yarada, eyni zamanda Ukraynaya tranzit gəlirləri qazandıra bilər.
Vaşinqton həmçinin Moskvanın müharibəni maliyyələşdirməsinin qarşısını almaq üçün Rusiya qaz gəlirlərini depozit hesabına yerləşdirməyi təklif edib.
Avropa hökumətləri 2027-ci ilə qədər Rusiya qaz idxalına son qoymaq öhdəliklərini əsas gətirərək buna qarşı çıxırlar”, - məlumatda bildirilib.