Siyasət

Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək?

02 Nov 2026, 13:48 2 baxış
Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək?
Noyabrın 3-də ABŞ-də Nümayəndələr Palatasının 435 yerinin hamısına və Senatdakı 100 yerdən 35-nə seçkilər keçiriləcək. Bunun fonunda Birləşmiş Ştatlar və İsrail İrana yenidən zərbələr endirmək planlarını nəzərdən keçirirlər. Həmçinin İran tərəfi də bununla bağlı adekvat hazırlıqlara başlayıb. Maraqlıdır, respublikaçıların seçkilərdə qazandığı mümkün nəticələr İranla bağlı hücumlara təsir edə bilərmi? Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, ABŞ-də keçiriləcək aralıq seçkiləri Donald Tramp Administrasiyasının xarici siyasət prioritetlərinə, o cümlədən İranla bağlı mümkün hərbi qərarlarına təsir göstərməsi mümkün olan siyasi hadisədir. O vurğulayıb ki, xüsusilə Vaşinqton və Təl-Əviv arasında İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə edildiyi vaxtda seçkilərin nəticələri Trampın qərarvermə imkanları və siyasi manevr sahəsi baxımından əhəmiyyət qazanır:
"İlk növbədə nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda aralıq seçkilərinin nəticələri prezidentin hərbi əməliyyat keçirmək səlahiyyətini avtomatik məhdudlaşdırmır. Prezident müəyyən hüquqi və konstitusion çərçivələr daxilində hərbi qərarlar qəbul edə bilər. Lakin Konqresdə qüvvələr nisbətinin dəyişməsi administrasiyanın belə qərarları həyata keçirməsini, maliyyələşdirməsini və siyasi baxımdan əsaslandırmasını çətinləşdirə bilər. Buna görə də seçkilərin nəticələri hücumun qarşısını birbaşa almasa da, onun siyasi və institusional şərtlərinə təsir göstərəcək. Başqa sözlə, əgər demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə etsələr, Tramp Administrasiyasının İran siyasəti ilə bağlı daha ciddi siyasi təzyiqlə üzləşməsi mümkündür. Demokratların nəzarəti gücləndirməsi hərbi əməliyyatların maliyyələşdirilməsi, müharibənin məqsədləri, ABŞ-nin regiondakı öhdəlikləri və mülki itkilərlə bağlı Konqresdə daha geniş müzakirələrə səbəb ola bilər. Hərbi əməliyyatların davam etdirilməsi üçün əlavə maliyyə ayrılması məsələsi də siyasi mübahisə predmetinə çevrilə bilər". R.Bayramov əlavə edib ki, demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda mövqelərini gücləndirməsi Tramp üçün daha mürəkkəb siyasi şərait yarada bilər:
"Belə vəziyyətdə administrasiya hərbi qərarlarını Konqres qarşısında əsaslandırmaq, müttəfiqlərin dəstəyini təmin etmək və ABŞ ictimaiyyətinin narazılığını nəzərə almaq məcburiyyətində qalacaq. Bununla belə, seçkilərdə demokratların uğur qazanması hərbi əməliyyatların avtomatik dayandırılması demək deyil. ABŞ prezidentinin baş komandan kimi səlahiyyətləri qalır, üstəlik, Konqresin yeni tərkibi hələ 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Respublikaçıların Konqresdə mövqelərini qoruması halında isə Tramp hərbi qərarların həyata keçirilməsi baxımından daha geniş siyasi manevr imkanları əldə etmiş olacaq. Bu halda demokratların müharibəyə qarşı çıxışları administrasiyanın fəaliyyətini institusional baxımdan məhdudlaşdırmaq üçün kifayət etməyəcək. Beləliklə, ABŞ-də aralıq seçkiləri İrana qarşı mümkün yeni hərbi əməliyyatların taleyinə birbaşa deyil, dolayı siyasi təsir göstərəcək. Demokratların Konqresdə çoxluğu ələ keçirməsi Trampın hərbi planlarını maliyyələşdirmək və siyasi baxımdan əsaslandırmaq imkanlarını çətinləşdirə, Respublikaçıların mövqelərini qoruması isə administrasiyanın manevr imkanlarını genişləndirə bilər".
Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək? Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək? Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək? Vaşinqton və Təl-Əvivdən İrana növbəti zərbə hazırlığı: Konqres seçkiləri nəyi dəyişəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər