Digər
Türkiyədə bu ərazidə temperatur -3 dərəcəyə düşdü
Türkiyədə ən aşağı temperatur Ərzurumun Palantökən bölgəsində qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, noyabrın 2-də burada temperatur -2,8 dərəcəyədək enib. Son beş günün göstəricilərinə əsasən, Palantökəndə oktyabrın 29-da -0,4, 30-da -3,3, 31-də -4, noyabrın 1-də isə -3,2 dərəcə şaxta qeydə alınıb.
Ölkənin ən isti nöqtəsi isə Mersinin Silifke rayonundakı Taşucu olub. Burada temperatur 22,1 dərəcəyə yüksəlib.
Meteoroloqlar ölkə üzrə yağıntılı havanın davam edəcəyini, bəzi bölgələrdə leysan və şimşəkli yağışların müşahidə olunacağını bildiriblər.
Mənbə
axar.az