Digər
Kiyev Yakuboviçi “qara siyahı”ya saldı
Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəstəkləməsi olub.
Qeyd olunub ki, teleaparıcı qondarma “dxr” və “lxr”in tanınmasının tərəfdarı olub, prezident seçkiləri zamanı bir neçə dəfə Rusiya lideri Vladimir Putinin etibarlı nümayəndəsi qismində çıxış edib və Krıma səfər edib.
Mənbə
axar.az