Digər

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

02 Nov 2026, 13:45 4 baxış
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.


Kult.az Milli.az-a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.


Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.


"Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı", - deyə psixoloq bildirib.


Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Mənbə axar.az

Oxşar Xəbərlər