Digər
Məşhəddə üç etirazçı edama məhkum edildi
Məşhəd İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən daha üç etirazçı barədə ölüm hökmü verib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məhbuslardan birinin - 23 yaşlı Mətin Fərniyanın adı açıqlansa da, başqa iki məhkumun kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Mənbə
axar.az