Dünya
Tramp yenidən prezidentliyə namizəd olmaq istəyir - Video
ABŞ Prezidenti Donald Tramp qanunvericilik buna icazə versəydi, daha bir müddətə prezidentliyə namizədliyini irəli sürmək istədiyini bildirib. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "New York Post" qəzetinin "Pod Force One" podkastında müvafiq suala cavab verərkən danışıb. "Mən yenidən namizəd olmaq istərdim, lakin ABŞ Konstitusiyasına 22-ci düzəlişin müddəaları çox sərtdir", - deyə o bildirib.
Həmin düzəliş ABŞ prezidentinin iki müddətdən artıq vəzifədə qalmasını məhdudlaşdırır. Ağ Ev rəhbəri prezident vəzifəsində daha iki ilinin qaldığını da xatırladıb. "Bu, çox şeyə nail olmaq üçün kifayət qədər uzun müddətdir", - deyə Tramp əlavə edib. Qanuna əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını qadağan edir. Bununla belə, Tramp üçüncü müddətə yenidən seçilmək ehtimalını dəfələrlə gündəmə gətirib. Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkisində ikinci dəfə qalib gəlib. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edib. Tramp ilk dəfə 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

Mənbə
oxu.az