Dünya

Angela Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını istəyir

02 Nov 2026, 01:12 3 baxış
Angela Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını istəyir
Almaniyanın keçmiş kansleri Angela Merkel ölkənin hazırkı prezidenti Frank-Valter Ştaynmayerin xələfinin qadın ola biləcəyini düşünür. Oxu.Az xəbər verir ki, Merkel bu barədə "Magenta TV"yə müsahibəsində danışıb. "Almaniya Federativ Respublikasının 77 illik tarixində indiyədək heç vaxt qadın federal prezident olmayıb", - deyə o bildirib. Angela Merkelin sözlərinə görə, hazırda hər kəs dövlət başçısı vəzifəsinə qadının seçilməsinin vaxtının çatıb-çatmadığı barədə düşünməlidir. Keçmiş kansler bu vəzifəyə layiq hesab etdiyi şəxsləri tanıdığını, lakin onların adlarını açıqlamaq istəmədiyini qeyd edib. Gələn il yanvarın 30-da Almaniyanın yeni dövlət başçısını seçmək üçün xüsusi orqan - Federal Məclis toplanacaq. İki müddət prezident vəzifəsində çalışmış hazırkı dövlət başçısı Frank-Valter Ştaynmayerin yenidən namizədliyini irəli sürməsi mümkün deyil.
Angela Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını istəyir
Mənbə oxu.az

Oxşar Xəbərlər