Digər
Bu ölkə ilk dəfə BMT TŞ-yə sədrlik edəcək
Latviya 2026-cı ilin noyabrında tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ölkə bu müddətdə Ukraynadakı vəziyyətə xüsusi diqqət ayırmaq niyyətindədir
Axar.az xəbər verir ki, bunu Latviyanın BMT yanında daimi nümayəndəsi Sanita Pavluta-Deslandes deyib.
Qeyd edək ki, Latviya bir ay ərzində BMT Təhlükəsizlik Şurasının rəsmi və qeyri-rəsmi iclaslarını təşkil edəcək. Latviyadan əvvəl BMT Təhlükəsizlik Şurasına üç Avropa ölkəsi – Danimarka, Fransa və Yunanıstan növbə ilə sədrlik edib.
Mənbə
axar.az