Digər

BMT-nin əməkdaşı husilərin həbsxanasında öldü

01 Nov 2026, 13:12 3 baxış
BMT-nin əməkdaşı husilərin həbsxanasında öldü

Husilərin həbsxanasında saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin əməkdaşı Məhəmməd əş-Şami ölüb.


Axar.az xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk məlumat yayıb.


Türk müstəqil araşdırma aparılmasını, həmçinin BMT-nin digər əməkdaşlarının, humanitar yardım işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin – ümumilikdə yüzdən çox insanın dərhal azad edilməsini tələb edib.


Onun sözlərinə görə, Məhəmməd əş-Şami 2024-cü ilin iyununda həbs edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər