İran Səudiyyə və Türkiyə ilə bunları müzakirə etdi - Rzayi
İran rəsmiləri ilə keçirilən son görüşlərdə region ölkələrinin nümayəndələri gələcək planları müzakirə edib və İsrailə qarşı qəti mövqe nümayiş etdiriblər.
Axar.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri İsrailin təcavüzünün miqyasını digər müsəlman ölkələrinə də genişləndirmək niyyətində olduğu barədə açıq xəbərdarlıq ediblər.
Gələcəkdə yeni müharibələr baş verəcəyi təqdirdə, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindəki (NPT) üzvlüyünün davam edəcəyinə zəmanət yoxdur. Əgər müharibə başlasa, İranın cavabı qətiyyətli olacaq.
Biz Amerikanın buynuzlarını sındıracaq və onu özünü müdafiə etmək imkanından məhrum edəcəyik. Əgər biz Trampı və ABŞ-ı cəzalandırmasaq, sabah digər ölkələr elə düşünəcəklər ki, İrana hücum nəticəsiz qalır”, - o bildirib.