13 hektar ərazini məhv edən raketin sınağı keçirildi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib və ilin sonuna qədər müxtəlif növ kasetli döyüş başlıqlarını silahlanmaya daxil edəcəyini bəyan edib.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Oktyabrın 31-də baş tutan sınaq taktiki ballistik raketlərə quraşdırılacaq kasetli döyüş başlığının döyüş imkanlarını və gücünü qiymətləndirmək üçün keçirilib. Ölkənin raket idarəsinin nəzdindəki tədqiqat institutu təsdiqləyib ki, "2-ci standart növ" kasetli döyüş başlığı özünün yüksək sıxlıqlı gücü ilə 12-13 hektar ərazidəki hədəf zonasını tamamilə külə çevirmək iqtidarındadır.
İdarənin baş direktoru bildirib ki, il ərzində hərbi hissələrə əməliyyat məqsədlərindən və hədəflərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif növ raketlərdən istifadə imkanı yaradlılacaq.