Siyasət
Azərbaycan bu ölkəni təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkə hesabında paylaşım edilib.
"Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər!
Milli Gününüz mübarək!"
Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.
Mənbə
axar.az