Digər
Bolqarıstan özünə prezident seçir: İkinci tur
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.
Axar.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) başlayıb və ölkədə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir.
İkinci turda prezidentlik uğrunda İliana Yotova və Andrey Qyurov mübarizə aparırlar.
Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.
Mənbə
axar.az