Dünya

Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır - Video

01 Nov 2026, 09:18 4 baxış
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır - Video
Ukrayna Rusiya obyektlərinə hücum etmək üçün yeni üsuldan - hava şarlarından buraxılan kamikadze dronlardan istifadə etməyə başlayıb. Oxu.Az "The Sun" qəzetinə istinadən xəbər verir ki, dronlar müəyyən olunmuş nöqtələrdə şarlardan ayrılaraq müstəqil şəkildə hədəflərə doğru istiqamətlənib.

Rusiya səmasında görünən hava şarları diqqət cəlb edib. Sosial şəbəkələrdə yayımlanan kadrda bu cür şarlardan birinin altında drona bənzər uçuş aparatının olduğu görünür. Ehtimal olunur ki, bu cür taktika Rusiyanın hava hücumundan müdafiə sistemindən yan keçmək üçün istifadə oluna bilər. Hücumlar fonunda Rusiyanın bir sıra şəhərlərində aeroportların fəaliyyətində ciddi problemlər baş verib. Ölkə üzrə minə yaxın aviareys təxirə salınıb və ya ləngiyib, minlərlə sərnişin isə uçuşu gözləmək məcburiyyətində qalıb. Moskvanın "Vnukovo" aeroportunda 119 reys gecikib və 10 reys ləğv olunub. Novosibirskdə pozuntular 100-ə yaxın reysə təsir edib, Sankt-Peterburqun "Pulkovo" aeroportunda isə 138 reys ləngiyib və ya ləğv olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər