Siyasət
"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir.
Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyini yoxlamaq və araşdırmaq mühüm önəm kəsb edir. Məhz bu səbəbdən liderlərin və qurumların yalnız rəsmi sosial şəbəkə hesablarından edilən paylaşımların diqqətə alınması lazımdır. Qeyd edilir ki, sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin yer aldığı görüntülərdən istifadə edilərək hazırlanan videolar paylaşılır. "Bu cür məzmunları izləyərkən videonu paylaşan hesabın etibarlılığını və materialın ilkin mənbəyini yoxlamaq xüsusi əhəmiyyət daşıyır. Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur", - süjetdə deyilir.

Mənbə
oxu.az