Cəmiyyət

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

31 Oct 2026, 19:00 2 baxış
Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad olunub.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.


Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin edilib.


Diqqətçəkən digər bir təyinat isə Sumqayıt Regional Mərkəzinin boşalan rəisi kürsüsü ilə bağlıdır. Belə ki, vəzifəsindən azad edilən polkovnik V.Fətullayevin yerinə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev gətirilib. O, artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər