Cəmiyyət

Bu ərazilərdə Xəzər 45 metr geri çəkildi

31 Oct 2026, 11:34 3 baxış
Bu ərazilərdə Xəzər 45 metr geri çəkildi

Lənkəran və Astarada ölçmələr aparmışıq. Çimərliklərdə apardığımız ölçmələrə əsasən, Astarada sahil xəttinin təxminən 35 metr, Lənkəranda isə 45 metr geri çəkildiyini hesablamışıq.


Axar.az xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun "Xəzər dənizinin coğrafiyası" laboratoriyasının müdiri Səid Səfərov "Kaspi" qəzetinə müsahibəsində Xəzər dənizinin geri çəkilməsi ilə bağlı deyib.


“Burada sahilin maililiyi də nəzərə alınmalıdır. Əgər sahil daha az maili olsaydı, çəkilmə daha geniş ərazidə hiss olunardı”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər