Kriminal

Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü

31 Oct 2026, 10:24 4 baxış
Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü
Gəncədə 68 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Oxu.az-ın məlumatına görə, hadisə Gəncə şəhər A.İsgəndərov küçəsində yerləşən evlərin birində qeydə alınıb. Şəhər sakini, 1958-ci il təvəllüdlü Cavid Əliyev evində elektrik işləri gördüyü zaman ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı vuran şəxs ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər