Digər

İtaliyada aksiyaların ikinci dalğası başladı

30 Oct 2026, 17:12 2 baxış
İtaliyada aksiyaların ikinci dalğası başladı

Bu gün İtaliyada hökumət əleyhinə növbəti kütləvi etiraz aksiyalarına start verilib.


Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.


“Həmkarlar İttifaqının təşkil etdiyi etiraz aksiyalarına işçilər, tələbələr və sosial mərkəzlərin fəalları qoşulur. Milanda ictimai asayişin qorunması ilə bağlı ən yüksək qırmızı həyəcan səviyyəsi elan edilib. Şəhərdə təxminən 10 min nümayişçinin iştirakı gözlənilir. Etiraz yürüşünün rəsmi marşrutu Politexnik Universitetindən şəhər mərkəzinədək uzanacaq. Etirazçılar həmçinin Paduya istiqamətində gedən dairəvi avtomobil yolunun bağlanmasına çağırırlar”, - məlumatda deyilib.


Qeyd edək ki, bu gün Roma, Bolonya, Turin və İtaliyanın digər şəhərlərində də etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər