Digər

AK bu ölkələrin yarım milyard avroluq müraciətini rədd etdi

30 Oct 2026, 16:02 2 baxış
AK bu ölkələrin yarım milyard avroluq müraciətini rədd etdi

Avropa Komissiyası Litva, Latviya və Estoniyanın PUA-lardan müdafiə sisteminin yaradılması üçün 500 milyon avro ayrılması ilə bağlı müraciətini rədd edib və bunun əvəzinə həmin ölkələrə kredit götürməyi tövsiyə edib.


Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus deyib.


O bildirib ki, cari büdcə dövrü başa çatmaq üzrə olduğundan Avropa Birliyinin büdcə proqramları vasitəsilə əhəmiyyətli həcmdə əlavə vəsait əldə etmək imkanları məhduddur:


“Yaxın vaxtlarda müraciətlərin qəbulu üzrə yeni mərhələ elan edəcəyik, çünki birinci mərhələdən sonra 21 milyard avro vəsait qalıb”.


Qeyd edək ki, sentyabr ayında Baltikyanı ölkələrin müdafiə nazirləri PUA-dan müdafiə sisteminin hazırlanmasının maliyyələşdirilməsi xahişi ilə AK-ya məktub ünvanlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər