İdman

Famil Xəlilov: "Futbolçularımız çox istedadlıdırlar, bu nəslə inanmaq lazımdır"

30 Oct 2026, 14:08 1 baxış
Famil Xəlilov: "Futbolçularımız çox istedadlıdırlar, bu nəslə inanmaq lazımdır"
Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov FIFA U-15 dünya çempionatında komandanın çıxışını dəyərləndirib. Oxu.Az xəbər verir ki, mütəxəssis Bakıda keçirilən turnirdə Əfqanıstan yığmasına məğlub olaraq 84-cü yeri tutmalarından danışıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki gün qeydə alınan ağır məğlubiyyət futbolçuların psixoloji vəziyyətinə təsir edib: "Əlbəttə, daha yaxşı nəticə gözləyirdik. Dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji baxımdan tam toparlana bilməmişdilər. Onları oyuna hazırlamağa çalışdıq, amma bəzi məqamlarda yenə də çatışmazlıqlar özünü göstərdi. Məqsədimiz qrupda mümkün qədər yaxşı nəticə qazanmaq və daha güclü komandalarla qarşılaşmaq idi. Beləliklə, futbolçularımızın hansı istiqamətlərdə inkişaf etməli olduğunu müəyyənləşdirə bilərdik. Bu turnir bizim üçün həm də çatışmazlıqları görmək baxımından vacib idi". Baş məşqçi futbolçuların potensialına inandığını vurğulayıb: "Bu uşaqlara, bu nəslə inanmaq lazımdır. Onlar çox istedadlıdırlar və keyfiyyətləri göz qabağındadır. Futbolçularımızın 14-15 yaşı var, əksəriyyəti ilk dəfə belə böyük turnirdə iştirak edir. Hətta bəziləri indiyədək ölkə xaricinə çıxmayıblar. Altı gün ərzində 10-cu oyunlarına çıxmaları onlar üçün ciddi psixoloji və fiziki yükdür. Qrup müəyyənləşəndə əsas hədəfimiz birinci yeri tutaraq daha güclü rəqiblərlə oynamaq idi. Avstraliya, Haiti və Çili ilə görüşlərdə komandamız yaxşı təsir bağışladı. Lakin təcrübəsizlik səbəbindən bəzi epizodlarda səhvlərə yol verdik və rəqiblər bundan yararlandılar". Qeyd edək ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında 83-cü yer uğrunda matçda Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında üstün (3:2) olan rəqib qalib gəlib. Beləliklə, Azərbaycan yığması mundialı 84-cü pillədə başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər