İdman

"Qalatasaray" "Fənərbağça"nın ulduzlarına görə cərimələndi

30 Oct 2026, 14:24 2 baxış
"Qalatasaray" "Fənərbağça"nın ulduzlarına görə cərimələndi
"Qalatasaray" klubu "Fənərbağça" ilə derbi matçında rəqib komandanın üçulduzlu loqosundan istifadə etdiyinə görə cərimələnib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) qərar qəbul edib. Bildirilib ki, İstanbul təmsilçisi ev sahibliyi etdiyi və 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada "Fənərbağça"nın üçulduzlu loqosunu stadionun tablo ekranında nümayiş etdirib. Qonaq komandanın TFF-də qeydiyyatdan keçmiş rəsmi loqosunda isə ulduz yoxdur. PFDK bu hərəkəti qaydaların pozulması kimi qiymətləndirərək "Qalatasaray"ı 280 min Türkiyə lirəsi (9.529 AZN) məbləğində cərimələyib. Qeyd edək ki, derbidən sonra baş verən insidentə görə "Qalatasaray"ın futbolçusu Abdülkerim Bardakcı 2, "Fənərbağça"nın oyunçusu Arçi Braun isə 3 oyunluq diskvalifikasiya edilib. Hər iki futbolçuya əlavə olaraq pul cəriməsi də tətbiq olunub.
"Qalatasaray" "Fənərbağça"nın ulduzlarına görə cərimələndi
Mənbə oxu.az

Oxşar Xəbərlər