Digər

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

30 Oct 2026, 10:30 2 baxış
ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.


“Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında “Robinson R22” və “Airbus” helikopteri toqquşub. Qəza nəticəsində üç nəfər həlak olub. “Robinson R22” helikopterində Texas ştatından olan təlimatçı pilot və onun Böyük Britaniyadan olan tələbəsi, “Airbus” helikopterində isə 38 yaşlı yerli sakin olub”, – məlumatda deyilib.


Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər