Cəmiyyət

Ceyhun Bayramov xanıma qarşı bir jesti ilə diqqət mərkəzinə düşdü - Video

29 Oct 2026, 21:24 3 baxış
Ceyhun Bayramov xanıma qarşı bir jesti ilə diqqət mərkəzinə düşdü - Video
Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. Oxu.Az xəbər verir ki, mərasimdən sonra xatirə fotosu çəkdirilərkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğasının yerə düşdüyünü görüb. Azərbaycanın xarici işlər naziri nəzakətli jest edərək sırğanı yerdən götürüb və Ziroat Mirziyoyevaya təqdim edib. Onun bu jesti mərasim iştirakçıları tərəfindən xoş qarşılanıb. Həmin görüntüləri təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər