Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

29 Oct 2026, 21:34 3 baxış
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Albaniyada saxlanılaraq ölkəmizə ekstradisiya edilib.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Elçin Nüsrət oğlu Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub.


Bildirilib ki, E.Abdulxalıqov 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis işləyərkən şirkətin kassasına ödənilməli olan, ona etibar edilmiş ümumilikdə 78 min manat vəsaiti müxtəlif vaxtlarda distribütorlardan nağd şəkildə götürərək şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.


Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.


Oktyabrın 29-da E.Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib.


O, məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər