Ceyhun Bayramovun Ankarada Ziraat xanıma jesti... - Video
Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.
Axar.az Oxu.az-a istinadənxəbər verir ki, mərasimdən sonra xatirə fotosu çəkdirilərkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyayevin xanımı Ziraat Mirziyayevanın sırğasının yerə düşdüyünü görüb.
Azərbaycanın xarici işlər naziri nəzakətli jest edərək sırğanı yerdən götürüb və Ziraat Mirziyayevaya təqdim edib. Onun bu jesti mərasim iştirakçıları tərəfindən xoş qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: