Digər
Oman sahillərində gəmi yandı
Bu gün səhər saatlarında Oman sahillərindən 9 dəniz mili aralıda bir gəmidə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Təşkilatın bildirdiyinə görə, hadisə barədə məlumat başqa bir gəminin kapitanından daxil olub.
Hazırda gəmi heyətinin vəziyyəti məlum deyil.
Həmçinin hadisə nəticəsində dəymiş ziyanın miqyası və ətraf mühitə mümkün təsir barədə hələlik qiymətləndirmə aparılmayıb.
Mənbə
axar.az