Digər
Paşinyan ələ saldı: Güclü olduqlarını düşünürdüm
Mən onların heç olmasa fiziki cəhətdən güclü olduğunu düşünürdüm. Elə deyillərmiş.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdəki dava barədə öz Feysbuk səhifəsində yazıb.
Ermənistan parlamentinin sədri Ruben Rubinyan isə şərh bölməsinə “Mən də çox məyus oldum” yazıb.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava düşüb. Dava zamanı deputatlar bir-birinə yumruq və butulkalarla hücum ediblər.
Mənbə
axar.az
Oxşar Xəbərlər