Cəmiyyət

Xırdalan-Bakı qatarı niyə gecikib?

29 Oct 2026, 12:02 3 baxış
Xırdalan-Bakı qatarı niyə gecikib?
Sərnişinlər Xırdalan-Bakı istiqamətində hərəkətdə olan qatarların qrafikindən narazıdırlar. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən sərnişinlərin sözlərinə görə, bu gün səhər saatlarında sözügedən qatar 10 dəqiqə gecikib. Onlar qeyd ediblər ki, Biləcəri körpüsündə təmir işləri başlayandan qatarlar gecikmə ilə hərəkət edirlər: "Bu gün 07:56-da hərəkətə başlayan qatar tam 10 dəqiqə gecikmə ilə Bakıya çatıb. Əvvəl 19 dəqiqəyə başa çatan yol təmirdən sonra 26 dəqiqə oldu, indi Biləcəri körpüsünün təmiri ilə əlaqədar 35 dəqiqəyə çatıb. Bu gün isə düz 45 dəqiqəyə yol gəlmişik. Biləcəri körpüsündə təmir işləri qısa müddət ərzində başa çatmalı idi, amma 2 aydan çox vaxt keçib, hələ də işlər yekunlaşmayıb". Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu gün saat 07:56-da həyata keçirilən Xırdalan-Bakı reysi stansiyalarda sərnişin sıxlığına görə Bakı Dəmiryol Vağzalına 9 dəqiqə gecikmə ilə çatıb: "Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar sentyabrın 14-dək həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edirdi. Sentyabrın 15-dən etibarən Xırdalan-Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılıb, yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endirilib. Körpünün təmiri başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bərpa ediləcək, səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər