Dünya

Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto

29 Oct 2026, 06:00 5 baxış
Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto
ABŞ, Rusiya, Çin və Avropa ölkələri nüvə başlığı daşıya bilən raketlərdən tutmuş pilotsuz sualtı aparatlara qədər yeni nəsil hərbi sistemlər üzərində işləyirlər. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu sistemlərin bəziləri ictimaiyyətə təqdim olunsa da, digərləri haqqında məlumatlar yalnız sınaqlar zamanı üzə çıxır. Rusiyanın nüvə mühərrikli "Burevestnik" raketi, ABŞ-nin "B-21" bombardmançı təyyarəsi və Çinin yeni strateji raketləri bu rəqabətin əsas elementləri sırasındadır. Silahların istehsal olunduğu müəssisələrin bəziləri məlum olsa da, onların yerləşdirildiyi və saxlanıldığı yerlər barədə məlumatlar ciddi şəkildə məxfi saxlanılır. Rusiyanın "Qiyamət torpedo"su
Rusiyanın "Poseydon" adlı nüvə mühərrikli pilotsuz sualtı aparatı nüvə döyüş başlığı daşımaq üçün hazırlanıb. Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin oktyabrında sistemin sınaqdan keçirildiyini bildirib. Bundan əlavə, Rusiya 14 min kilometr məsafə qət edə bildiyi iddia olunan nüvə mühərrikli "Burevestnik" raketini də sınaqdan keçirib. Hər iki sistemin döyüş şəraitində istifadəyə hazır olması barədə məlumatlar isə təsdiqlənməyib. Onların təkmilləşdirilməsi və yerləşdirilməsi ilə bağlı təfərrüat məxfi saxlanılır. ABŞ-nin stels bombardmançı təyyarəsi
ABŞ-nin "Northrop Grumman" şirkəti tərəfindən hazırlanan B-21 "Raider" təyyarəsi həm nüvə, həm də adi silahlar daşıya bilən yeni nəsil strateji bombardmançıdır. Təyyarə Kaliforniya ştatının Palmdale şəhərindəki müəssisələrdə yığılır və ilk uçuşunu 2023-cü ilin noyabrında həyata keçirib. Təyyarənin radarlar tərəfindən aşkarlanmasını çətinləşdirən xüsusiyyətləri barədə məlumatlar məhduddur. Bununla yanaşı, ABŞ nüvə başlığı daşımaq üçün nəzərdə tutulan "Sentinel" qitələrarası ballistik raketi və "Dark Eagle" hipersəs silah sistemi üzərində də işləyir. Bu layihələrlə bağlı bir sıra təfərrüatlar məxfi saxlanılır. Çinin məxfi nüvə gücü: "DF-61"
Çin 2025-ci ilin sentyabrında Pekində keçirilən hərbi paradda "DF-61" qitələrarası ballistik raketini ilk dəfə ictimaiyyətə nümayiş etdirib. "DF-41" və sualtı qayıqlardan buraxılan "JL-3" raketləri də Çinin strateji nüvə potensialının mühüm elementləri hesab olunur. "DF-17" isə hipersəs planlayıcı aparat daşıyan raket kompleksi kimi tanınır. Bu silahların istehsalı və təkmilləşdirilməsi Çinin müdafiə sənayesi müəssisələrində həyata keçirilir. Bununla belə, nüvə başlıqlarının saxlanıldığı bazalar və onların dəqiq yerləşdiyi ərazilər barədə məlumatlar açıqlanmır. Avropanın gizli raket proqramları
Fransa nüvə başlığı daşımaq üçün nəzərdə tutulan yeni nəsil "ASN4G" raketini hazırlayır. Layihəyə "MBDA" şirkəti və Fransanın müdafiə qurumları cəlb olunub. Raketin 2035-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Böyük Britaniya, Fransa və İtaliya "Storm Shadow/SCALP" raketlərini əvəz edəcək yeni nəsil uzaqmənzilli silahlar üzərində də birgə işləyirlər. Britaniya hökumətinin 2026-cı il fevralın 13-də yaydığı məlumata görə, ölkə həmin maliyyə ili ərzində hipersəs və uzaqmənzilli silahların hazırlanmasına, o cümlədən müştərək layihələrə 400 milyon funt-sterlinqdən çox vəsait ayıracaq. Bu silah sistemlərinin gələcəkdə harada yerləşdiriləcəyi ilə bağlı bütün təfərrüat ictimaiyyətə açıqlanmır. Silahlanma yarışının gizli tərəfi
Açıq mənbələrdəki məlumatlara görə, ABŞ-nin B-21 bombardmançı təyyarəsi Kaliforniya ştatının Palmdale şəhərində yerləşən "Air Force Plant 42" müəssisəsində istehsal olunur. Müəssisə hərbi təyyarələrin hazırlanması və sınaqları üçün istifadə edilir. B-21 ilk uçuşunu 2023-cü il noyabrın 10-da həyata keçirib. Rusiyanın "Sarmat" qitələrarası ballistik raketi isə Makeyev adına Dövlət Raket Mərkəzi tərəfindən hazırlanır. Rusiya raketin istismara verilməsi ilə bağlı planlarını açıqlasa da, onun yerləşdirilməsi və döyüş növbətçiliyinə hazırlanması barədə məlumatlar məhduddur. Çin və Avropada da yeni silah sistemlərini hazırlayan şirkətlər və müəssisələr məlumdur. Bununla belə, strateji nüvə başlıqlarının dəqiq saxlanma yerləri və bəzi hərbi sistemlərin yerləşdirilməsi ilə bağlı məlumatlar məxfi saxlanılır.
Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər