Cəmiyyət
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər forum çərçivəsində keçirilən panel müzakirələrinin və plenar sessiyaların qlobal sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, dünyada artan gərginliklər və ideoloji ziddiyyətlər fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma müxtəlif sivilizasiyalar arasında dialoqun qurulmasına, dini və mədəni müxtəlifliyin qorunmasına mühüm töhfə verir. Bağlanış mərasimində forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür bildirilib. Çıxışlardan sonra mərasim bədii proqramla davam edib. Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sabah Qarabağa səfəri nəzərdə tutulub.
Mənbə
oxu.az