İdman

İspaniya kubokunun bütün oyunları ləğv edildi

28 Oct 2026, 17:27 3 baxış
İspaniya kubokunun bütün oyunları ləğv edildi

İspaniyada baş verən qatar qəzasından sonra Kral Kubokunun bu gün keçirilməsi planlaşdırılan birinci turunun bütün oyunları təxirə salınıb.


Axar.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.


“Böyük İspaniya futbol ailəsi bu faciə ilə bağlı kədər içində birləşərək, bu dəhşətli qəzanın qurbanlarına kömək etmək üçün hakimiyyət orqanlarına dəstəyini təklif edir.


Yenilənmiş cədvəl yaxın vaxtlarda dərc olunacaq”, - məlumatda bildirilib.


Qeyd edək ki, İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər