Digər

İsrail səfirliyinə hücum edildi: xəsarət alan var

28 Oct 2026, 11:08 2 baxış
İsrail səfirliyinə hücum edildi: xəsarət alan var

Bıçaqlı şəxs İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edib.


Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.


Bildirilib ki, hücumu törədən yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirilib, onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.


Hadisə ilə bağlı açıqlama verən Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir.


Məlumata görə, hücumu törədən şəxs hadisəsən əvvəl “Allahu Əkbər" deyə qışqırıb. Onun yanında iki bıçaq olub.


Hadisənin digər halları və yaralı mühafizəçinin vəziyyəti barədə məlumat verilmir.

Mənbə axar.az

Oxşar Xəbərlər