İdman
UEFA Gənclər Liqası: "Qarabağ" - "Dinamo Zaqreb"ə qarşı
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv turnirin II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. "Azərsun Arena"da keçiriləcək görüş saat 15:30-da başlayacaq. Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) duelinin qalibi ilə üz-üzə gələcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər