İdman
Aziz Yıldırım "Range Rover"lə qəza törətdi: Yeni avtomobil almaq istədi, sürücü elan paylaşdı - Foto/Video
Baş məşqçi İsmail Kartalın vəzifəsindən getməsindən sonra "Fənərbağça"nın düşərgəsində gərgin anlar cərəyan edib. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım klubun bazasından ayrılarkən kifayət qədər qəzəbli olub.
Onun idarə etdiyi "Range Rover" markalı avtomobil klubun bazasının çıxışında park edilmiş bir maşına dəyib. Baş verən yol-nəqliyyat hadisəsi həmin an ərazidə olan mətbuat nümayəndələrinin kameraları tərəfindən qeydə alınıb. Hadisədən sonra Aziz Yıldırımın avtomobilini saxlamadan ərazidən uzaqlaşması maraq doğurub. Klub rəhbərinin qəzadan sonra yoluna davam etməsinə baxmayaraq, maşına dəyən ziyanı qarşılayacağı məlum olub. Bildirilir ki, Yıldırım vəziyyətlə bağlı aidiyyəti şəxslərə məlumat verib və vurduğu avtomobilin sahibinə yeni avtomobil almaq sözü verib. Baş vermiş yüngül qəza sosial şəbəkələrdə geniş müzakirələrə və zarafatlara yol açıb. Kadrlara əsasən, "Renault Symbol" markalı avtomobilin arxa buferinin sol küncü zədələnib və sol arxa işığı sınıb. Aziz Yıldırımın maşınının isə daha çox zərər gördüyü vurğulanır. Sosial şəbəkələrdə "Renault" markalı maşının sahibinin öz nəqliyyat vasitəsini satmağa cəhd etdiyi barədə iddialar irəli sürülüb. Bir elanda həmin maşının Yıldırımın avtomobilinin toxunduğu nəqliyyat vasitəsi olduğu iddia edilir. Satış elanında nəqliyyat vasitəsinin 2013-cü il modeli olduğu, 131 min kilometr məsafə qət etdiyi və heç bir detalının dəyişdirilmədiyi vurğulanır.
Avtomobil sahibinin bu iddiasına rəğmən, maşının həqiqətən qəzaya düşən nəqliyyat vasitəsi olub-olmadığı qeyri-müəyyəndir.

Mənbə
oxu.az