Siyasət

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video

27 Oct 2026, 22:48 2 baxış
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qıvraq kəndi haqqındadır.

Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub. XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1886-cı ilə aid mənbədə Qıvraq nümayəndələri, əsasən, müasir Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaşamış, kəngərli tayfasının qolu olan sofulu türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 59 nəfər yaşayıb.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 80 nəfər yaşayıb. Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası: 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 148 nəfər yaşayıb. 1912-ci ilə olan Qafqaz təqvimi: 1911-ci ildə kənddə 155 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Yelizavetpol quberniyasının 1914-cü ilə olan yaddaş kitabına əlavə: 1912-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 112 nəfər yaşayıb. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 120 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib. Qıvraq sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 77 nəfər yaşayıb. 29 noyabr 1920-ci ildə Daşnaksütyun hökumətinin hələ də İrəvanda hakimiyyətdə qalmasına baxmayaraq, Sovet Ermənistanı elan edilib. Növbəti gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzuru Sovet Ermənistanına vermək qərarını qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmədən sonra, əsasən, erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb. Sovet dövründə kənd 1930-cu ildə yaradılmış Sisian rayonunun tərkibində olub. Erməni mənbəyinə əsasən, 1940-cı ilə qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar. Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 87 nəfər yaşayıb. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 111 nəfər yaşayıb. 1940-cı ildə kəndin sakinləri kollektivləşmə ilə əlaqədar olaraq, qonşu Sofulu (indiki Njde) kəndinə köçürülüblər. Bundan sonra kənd ləğv edilib. Sovet dövründə kəndin qalan tikililərindən anbar kimi istifadə olunub.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində SSRİ Baş Qərargahının xəritələrində göstərilmiş koordinatlara əsasən, kənddə onlarca dağılmış məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığının qalıqları aşkar edilib. Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 31 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Qıvraq ilə bağlı 11 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video Qərbi Azərbaycanın yaddaş xəritəsi: Zəngəzurun Qıvraq kəndi - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər