İdman

"Sabah" Fransa klubuna qalib gəldi

27 Oct 2026, 23:10 3 baxış
"Sabah" Fransa klubuna qalib gəldi

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.


Axar.az xəbər verir ki, Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib.


Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər