İdman
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov "Qarabağ" klubundan ayrılıb. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib. Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib. "Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə, klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır", - deyə Maksim Medvedev bildirib. Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Mənbə
oxu.az