İdman

"Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı

27 Oct 2026, 16:30 3 baxış
"Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı
Misli Premyer Liqasının X turunda keçiriləcək "Sumqayıt" - "Şəfa" qarşılaşması "SOCAR Polymer Arena"da baş tutacaq. Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasından bildirilib. Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib. "Sumqayıt"ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının XII turunda "Sabah"a qarşı keçirilməsi planlaşdırılır. Misli Premyer Liqasının XII turunun oyunları 20-22 noyabr tarixlərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər